Azərbaycandan bu ilin yanvar-iyul aylarında 400 milyon 118 min ABŞ dolları məbləğində 396,9 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,1 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 1,93%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 376 milyon 931 min ABŞ dolları dəyərində 350,4 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova