Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-iyul aylarında 128,3 milyon ton yük və 1041,1 milyon sərnişin daşınıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,5%, sərnişin daşınması isə 16,3% artıb.

Yüklərin 56%-i avtomobil, 31,4%-i boru kəməri, 8,3%-i dəmir yolu, 4,2 %-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,5%-i avtomobil, 11,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıbdır.

 

Gözəl Həşimova