Bu il avqustun 1-nə Azərbaycanda 1 470 553 vergi ödəyicisi uçotda olub.

İqtisadiyyat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 7,3 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayə 7 %, təşkilatların sayı isə 9,3 % artıb.

 

Gözəl Həşimova