Azərbaycan bu ilin yanvar-iyul aylarında 15,2 milyon dollar dəyərində 20,7 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,8 milyon dollar, həcm baxımından isə 30,5 % çoxdur.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,76 % təşkil edib.

 

Gözəl Həşimova