Azərbaycanda gələn ilin mayın 1-dək fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda bildirib.

“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanunun noyabr ayında qüvvəyə minməsindən sonra növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib.

Bu qanunun gətirdiyi ən böyük üstünlük ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla, onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin etməsidir", - K.Qurbanova bildirib.