Norveç ilə Rusiya arasında maral gərginliyi yaşanıb. Belə ki, Norveçin 40 maralı Rusiya ərazisinə keçib. Rusiya isə ərazisində maralları otarmaq üçün Norveçdən 7 milyon dollar təzminat tələb edib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, daha sonra 40 maral yenidən Norveç ərazisinə keçib.

Norveç də oxşar vəziyyətin bir daha təkrarlanmaması üçün maralları öldürüb. Beləliklə, iki ölkə arasındakı maral davası 40 maralın həyatına son qoyub.

Bundan sonra Norveç hökuməti sərhəddəki hasarı təmir edəcəyini açıqlayıb.

 

Gözəl Həşimova