Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh planını dəstəklədiyini bir daha bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

N.Çuka ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.