Nigeriyada zaman-zaman dini qarşıdurmaların yaşandığı Plato əyalətində silahlı hücum baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xüsusi Hərbi Əməliyyat Qrupunun Plato əyaləti sözçüsü, kapitan Ola Ceyms açıqlama verib.

Ola Ceyms qeyd edib ki, səhər saatlarında Plato əyalətinin Barkin Ladi bölgəsinə gələn naməlum silahlı şəxslər ətrafa atəş açıb.

O bildirib ki, hücum zamanı 17 nəfər həyatını itirib. Çoxlu sayda yaralı var.

Bölgəyə əsgərlərin göndərildiyini deyən Ceyms vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, Nigeriyanın Plateau əyalətində vaxtaşırı müsəlmanlarla xristianlar arasında zorakılıqlar baş verir. Ötən ay ştatda keçirilən əməliyyatlar zamanı 130 qanunsuz silah ələ keçirilib.