"Nigeriya ölkə sakinlərinə mənfi təsirini azaltmaq üçün Nigerə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları yumşaltmağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu "The Independent" qəzetinə müsahibəsində Nigeriya prezidentinin media üzrə xüsusi müşaviri Ajuri Ngelale bildirib.

O deyib: "Nigerin mülki əhalisinə təsirini minimuma endirmək üçün sanksiyaları mümkün qədər yumşaldacağıq".

Xatırladaq ki, Nigerə qarşı iqtisadi və ticarət sanksiyalarının tətbiqi ilə bağlı qərar ECOWAS-ın iyulun 30-da keçirilən sammitində qəbul edilib. Nigeriya digər məsələlərlə yanaşı, avqustun 1-dən ölkəyə elektrik enerjisinin verilməsini dayandırıb.