İsrailin baş naziri Binyamin Netanyahu bazar günü axşam yırtıqdan müalicə olunmaq üçün əməliyyat olunacaq, baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin icra edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kan dövlət teleradio şirkəti baş nazirin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat tam anesteziya altında aparılacaq. 

"The Times of Israel" qəzetinin yazdığına görə, yırtıq ötən gecə adi müayinə zamanı aşkarlanıb.