İsraildə hökuməti qurmaq vəzifəsi daşıyan Benyamin Netanyahu İsrail prezidenti İsaak Hersoqdan bu müddəti uzatmağı xahiş edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Korporasiyası(KAN) xəbər yayıb.

Xəbər görə, Netanyahu Hersoqdan hökuməti qurmaq üçün mandatının müddətini iki həftə uzatmasını istəyib:

“Hökumətin formalaşdırılması üzrə danışıqlar davam edir və böyük irəliləyiş əldə olunub”.

Xəbərdə İsrail prezidentinin tələbi qəbul edib-etmədiyinə dair heç bir məlumat verilməyib.

Qeyd edək ki, Hersoqun Netanyahunun hökuməti qurmaq üçün qanunla müəyyən etdiyi müddət dekabrın 11-i bazar günü başa çatır.

Məhəbbət Məmmədov