"İsrailin Qəzza zolağında HƏMAS təşkilatına qarşı yönəlmiş hərbi əməliyyatı baha başa gələcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ölkənin maliyyə naziri Bezalel Smotriçlə görüşündə ondan ölkənin makroiqtisadi sabitliyini təmin etməyi tələb edərkən deyib.

Netanyahunun ofisindən verilən məlumata görə, onların görüşü Sosial və İqtisadi Məsələlər üzrə Nazirlər Komissiyasının iclası çərçivəsində baş tutub. Bu komissiya müharibə şəraitində iqtisadi məsələləri koordinasiya etmək üçün yaradılıb və Smotriç rəhbərlik edir.

"Sosial və İqtisadi Məsələlər üzrə Komissiya ciddi işə başlayır. Çox mühüm tədbirlər görülüb: vəsaitin ayrılması, İsrail vətəndaşlarına və iqtisadiyyatına yardımların edilməsi vəs. Hələ görüləcək çox şey var. Bizim birinci məqsədimiz makroiqtisadi strukturu qorumaqdır. İkinci məqsəd İsrail ordusu və təhlükəsizlik qüvvələrinin müharibə aparmasına şərait yaratmaqdır", - məlumatda qeyd edilib.