ABŞ-də neft qazma qurğularının sayının ötən ilin yanvarından bəri ən aşağı səviyyəyə enməsi neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 1,42 dollar və ya 1,8% bahalaşaraq 81,43 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 1,43 dollar və ya 1,9% artaraq 77,17 ABŞ dollarına satılıb.

 

Gözəl Həşimova