ABŞ hökumətinin bağlanmasının qarşısını alan razılaşma fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 25 sent və ya 0,3% bahalaşaraq 92,45 ABŞ dolları olub.

“WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 29 sent və ya 0,3% artaraq 91,08 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova