"OPEC+"un aparıcı üzvləri Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən tədarükün azalması neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 14 sent bahalaşaraq 90,18 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 12 sent artaraq 86,81 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova