Səudiyyə Ərəbistanının könüllü olaraq oktyabr ayına qədər neft hasilatını gündəlik 1 milyon barel azaltması qiymətləri bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 1,66 dollar və ya 1,9% bahalaşaraq 88,49 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 1,39 dollar və ya 1,7% artaraq 85,02 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova