Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artıb

Dövlət Statistika Komitəsi xəbər verir ki,  neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 16,7 faiz azalmışdır.

Məlumata görə, İstifadə olunmuş vəsaitin 3282,3 milyon manatı və ya 66,9 faizi məhsul istehsalı sahələrinə, 1115,5 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 509,8 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2891,6 milyon manatını və ya 58,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2965,5 milyon manatı və ya 60,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilib.Fins.az