Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə İqtisadiyyat.az-a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7 % azdır.

Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.