Bu da ona agörədir ki, həmin sığorta icbaridir. Lakin əmlakın icbari sığortası zamanı salonda olan avtomobillər yanğından sığortaya daxil edilmir. Daşınmaz əmlakın icbari sığortasında əsas konstruksiyalar və təmir işləri sığortaya daxildir. Avtosalonda maşınlar anbardakı mal kimi qeydə alınır. Ona görə könüllü şəkildə sığorta olunmalıdır. Bu avtomobillərin kasko sığortası kimi belə bir şey yoxdur”. Yalnız müştəriyə satıldıqdan sonra alıcı tərəfindən müvafiq qaydada sığortalanır. Fins.az xəbər verir ki, bu sözləri sığorta mütəxəssisi İlkin Nəcəfov bildirib.

Salonda maşınların sığortasız olması o deməkdir ki, avtomobillərdən birinə, işçilər tərəfindən ziyan dəyərsə bu zərəri salonun işcisi ödəməlidir və ya daha böyük bir hadisə olarsa, salon yanarsa ziyan birbaşa həmin maşınların satışını təşkil edən şirkətə dəymiş olacaq.

Avtosalonlarda maşınların sığortalı olub olmamasını araşdırarkən isə öyrəndik ki, sən demə əksər salonlardada maşınlar , bəzi istesnalar olmaqla sığortalanmayıblar. Məşhur brendlər arasında yalnız BMW  maşınlarının rəsmi distributeri İmprotex Motorsdan bildirdilər ki, bütün salon sığortalanıb . Həmçinin Bakıda Renault avtomobillərinin salonu olan Renault Azərbaycanın rəsmisi də qeyd etdiki maşınlar sığortalıdır.

Sığorta mütəxəssisi İlkin Nəcəfovun sözlərinə görə, yalnız test-drive ilə bağlı bəzi salonlarda maşınların kasqo sığortası olur.