Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Əliabad qəsəbəsində qeydə alınıb. Avtomobil və motosikletin toqquşması nəticəsində kəllə-beyin travması alan 1959-cu il təvəllüdlü, Babək rayon Xəlilli kənd sakini Nəcəfov Akif Süleyman oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.