NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzza zolağında World Central Kitchen humanitar təşkilatının işçilərinin ölümünə səbəb olan hücumunu pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə NATO ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşünün birinci günündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Hazırda Qəzzada gördüklərimiz humanitar fəlakətdir. Əzab-əziyyət görürük, mülki vətəndaşların öldürüldüyünü görürük. Humanitar işçilərə hücum gördük, bu hücumu qınayıram", - baş katib deyib. 

Stoltenberq əlavə edib ki, o, İsrailin baş verənləri araşdırmaq niyyətini alqışlayır.

Aprelin 2-də müxtəlif qurbanları pulsuz yeməklə təmin edən WCK təşkilatı əməkdaşlarının Qəzza zolağının mərkəzində Deyr əl-Bələhin cənubunda olarkən avtomobillərinin vurulması nəticəsində həlak olduqları barədə məlumat yayılıb. Ölən yeddi nəfərdən dördü əcnəbi - Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşlarıdır.