Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Muğan Bank” ASC-nin ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, öhdəliklərində isə 1,3 % təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

"Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - deyə qurum bəyan edib.