"Mega Ximki"də baş verən yanğının səbəbləri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb.

Məlumatda baş verən yanğının səbəbini qaynaq işləri zamanı qaydaların pozulması olduğu bildirilib.

Qeyd edək ki, açıqlamadan əvvəl hadisəyə səbəb kimi qısaqapanma, avadanlıqların nasazlığı və iş zamanı pozuntular hesab olunurdu.

***

09:50

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

09:26

Rusiyada, Moskva yaxınlığındakı "Meqa-Ximki" ticarət mərkəzində güclü yanğın başlayıb. 7000 kv.metr ərazidə başlayan yanğının söndürülməsi dam örtüyünün uçması ilə daha da çətinləşib. Hadisənin hazırda 17000 kv.metr əraziyə yayıldığı bildirilir. Bu, mütəxəssislər tərəfindən çətinliyinə görə 5 mümkün dərəcədən 4-cü dərəcə olaraq qiymətləndirilib. Hadisənin səbəbi və itki barədə dəqiq bilgi yoxdur.