Moldova xarici işlər naziri və baş nazirin müavini Nikolay Popesku ölkədəki rus diplomatlarının sayını azaltmaq qərarını açıqlayıb. 

İqtisadiyyat.az saytının məlumatına görə, Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov bildirib ki, bu qərar iki ölkə arasında dialoqun mümkünlüyünə xələl gətirir. Hakimiyyət Rusiya səfirliyinin bəzi əməkdaşlarının ölkədə vəziyyətin sabitliyinin pozulmasında əli olduğundan şübhələnir. 

“Biz siyasi qərarlar qəbul edən qurumlar və şəxslərlə Moldovada akkreditə olunmuş rus diplomatlarının sayının məhdudlaşdırılması zərurəti ilə bağlı ümumi rəyə gəldik. Bu barədə Rusiya səfirliyinin nümayəndələri məlumatlandırılıb”, - deyə Popesku hökumətin iclasında bildirib.

Nikolae Popesku deyib ki, diplomatlar “sabitliyin pozulmasına deyil, yaxşı münasibətlərin inkişafına” diqqət yetirməlidirlər.