"Birləşmiş Ştatlar əvvəllər HƏMAS silahlıları tərəfindən girov götürülmüş amerikalılar da daxil olmaqla xarici vətəndaşların azad edilməsinə nail olmaq üçün sözügedən hərəkata heç bir güzəştə getmir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz onlara heç bir güzəştə getmirik", - o qeyd edib.