Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin iştirakçıları ilə biznes keysləri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında paylaşım edib.

"Həmkarlarımızla birlikdə “Yüksəliş” müsabiqəsinin iştirakçıları ilə biznes keysləri müzakirə etdik və tapşırıqlar müəyyənləşdirdik.

Yüksək intellektə malik kadr potensialının formalaşmasına və inkişafına xidmət edən müsabiqənin iştirakçılarına uğurlar arzulayıram", - nazir qeyd edib.