Sahibkarlığın İnkişafı Fondu tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün Humix MMC-yə 497 min manat güzəştli kredit ayrılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi sosial şəbəkə hesabında yazıb.