"Dövlət başçısının Fərmanı ilə Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması biznes subyektləri üçün azad rəqabət mühitinin təkmilləşdirilməsinə, ictimai iştirakçılığa və istehlakçı hüquqlarının qorunmasına mühüm töhfə verəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Ölkə iqtisadiyyatında innovasiyaların tətbiqi şəffaflaşmanı və rəqəmsallaşmanı artırmaqla dayanıqlı iqtisadi inkişafı stimullaşdırır", - nazir qeyd edib.