"Microsoft" şirkəti İtaliyada bulud və süni intellektin inkişafı üçün infrastrukturun genişləndirilməsinə növbəti iki il ərzində 4,3 milyard avro xərcləyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qeyd edilib ki, şirkət gələn ilin sonuna kimi süni intellekt məlumat mərkəzlərini dəstəkləyən infrastrukturun inkişafına, həmçinin 1 milyondan çox rəqəmsal peşəkarın hazırlanmasına sərmayə qoyacaq.

Açıqlamada deyilir ki, bu, "Microsoft"un İtaliyaya ən böyük sərmayəsi olacaq.

 

Gözəl Həşimova