“Ajda Baku” MMC məhkəməyə verilib.

İqtisadiyyat.az Ölkə.az-a istinadən xəbər verir ki, Mikail Keskin “Ajda Baku” MMC və onun qanuni təmsilçisi Məmmədov Rizvan Əli oğlu ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə işinin mahiyyəti sair işlər – korporativ mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

“Ajda Baku” MMC 30.10.2018 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 150 manatdır.

Qeyd edək ki, M. Keskin daha əvvəl “Ajda Baku” MMC-nin qanuni təmsilçisi olub.