ABŞ-nin ən böyük banklarından biri olan "Citigroup" işçi qüvvəsinin təxminən 10%-ni təşkil edən ən azı 20 min əməkdaşını ixtisar etmək niyyətindədir.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dördüncü rübü 2009-cu ilin sonundan bəri korporasiya üçün ən pis dövr olub. Belə ki, bank 1,8 milyard dollar zərərlə üzləşib. Həmin dövrdə bankın bir səhm üzrə zərəri 1,6 dollar təşkil edib.

Bildirilib ki, "Citigroup" Rusiyada fəaliyyətini dayandırması və Argentina pesosunun devalvasiyası səbəbindən böyük maliyyə itkiləri ilə üzləşib.

 

Gözəl Həşimova