Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

İqtisadiyyat.az-n məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.

“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli idi.