Ağdam şəhərinin elektrik enerjisi təchizatı yaxşılaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, "Azərışıq" ASC tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Belə ki, Ağdam şəhəri ərazisində tikintisi planlaşdırılan yaşayış məhəllələrinin enerji təchizatının təmin olunması məqsəsilə baş plana uyğun olaraq layihələndirilmiş ərazilərin hər birində bir ədəd 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işləri həyata keçiriləcək.

"Azərışıq" sözügedən işləri "Smart Energy Services" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqavilənin dəyəri 8 milyon manatdır.