Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 1 milyard 247,9 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 681,9 milyon ABŞ dolları ötən ayın, 444 milyon dolları isə sentyabr ayının payına düşüb.