"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə kütləvi məzarlıqlar var".

İqtisadiyyat.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, beynəlxalq hüquqda ailələrin itkin düşmüş yaxınları ilə bağlı məlumat almaq hüququ var:

"Lakin azərbaycanlı ailələr 30 il boyunca öz itkinləri barədə məlumat ala bilməyib. Hazırda azad edilmiş ərazilərdə bizə məlum olan məzar yerlərində qazıntı işlərinin aparılmasına əsas mane minalardır. Azad edilmiş, həmçinin hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə kütləvi məzar yerləri var. Həmin ərazilərdə məzar yerlərinin müəyyən edilməsi üçün qazıntı və eqsqumasiya işləri həyata keçirilir".

Gülşən Şərif