26.08.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən əldə edərək gizlətdiyi bir ədəd F-1 markalı əl qumbarası və bir ədəd UZRQM partladıcısı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində aşkar edilərək götürülmüşdür.

Penitensiar xidmətin mətbuat mərkəzindən İqtisadiyyat.az-a bildirilib ki, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilmişdir.