MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasından sonra liderlər dörd bəyanat qəbul ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

İclasda dövlət idarəçiliyində rəqəmsallaşma sahəsində əməkdaşlığa, insan və vətəndaşın dini etiqad azadlığı hüququnun qorunmasına, rus dilinin millətlərarası ünsiyyət dili kimi dəstəklənməsinə və təbliğinə dair bəyanatlar qəbul edilib.

Məlumata görə, iclasda o cümlədən çoxqütblü dünyada beynəlxalq münasibətlərə dair bəyanat da qəbul edilib.

 

Gözəl Həşimova