Fransa noyabrın 9-da Qəzza zolağında humanitar vəziyyətlə bağlı konfransa ev sahibliyi edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Mən noyabrın 9-da Parisdə humanitar konfrans təşkil edəcəyəm", - o qeyd edib.

"Reuters"in diplomatlara istinadən verdiyi məlumata görə, konfrans dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək. Misir, İordaniya və Körfəz ölkələri kimi regionun əsas dövlətləri, eləcə də bir sıra Qərb ölkələri konfransa dəvət olunacaq. 

Agentlik xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatlar da iştirak edəcək. Mənbələr agentliyə Fələstin administrasiyasının görüşə dəvət olunduğunu, lakin İsrail tərəfinin dəvət olunmadığını bildirib.