Milli Təhsil Naziri Mahmut Özər, 2023-cü ildə iki milyon yarım ailə üçün Ailə Məktəbi layihəsindən faydalanmağı hədəflədiklərini söyləyib.


İqtisadiyyat.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil Nazirləri Yığıncağının ikinci günündə “Təhsildə Bərabərlik və Bütün Bəşər Aspektindən İnklüzivlik” mövzusunda keçirilən sessiyaya qatılan nazir çıxışında Türkiyədə bərabərlik və əhatəlilik kontekstində bir il ərzində həyata keçirilən layihələrdən danışıb.

Özer Türkiyədə təhsildə bərabər imkanların artırılması çərçivəsində dəyişikliklərə və çevrilmələrə diqqət çəkərək, məktəbəqədər təhsilə əlçatanlığı artırmaq üçün son bir ildə edilən siyasət dəyişikliklərini vurğulayıb.