İspaniya Nazirlər Şurası Avropa Komissiyası (AK) ilə Ukraynaya çox milyon dollarlıq maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Xose Manuel Albares "X"də məlumat verib.

"Hökumət İspaniya ilə AK arasında 2024-2027-ci illər ərzində Ukraynaya maksimum 237,5 milyon avro məbləğində maliyyə yardımı göstərilməsi haqqında sazişi təsdiqləyib", - məlumatda qeyd edilib.

"İspaniya Ukraynanı sülh, azadlıq, suverenlik və ərazi bütövlüyünü müdafiə etməkdə qətiyyətlə dəstəkləməyə davam edir", - nazir qeyd edib.