"Macarıstan hökuməti Ukraynanın Macarıstanın OTP bankını “müharibənin beynəlxalq sponsoru” siyahısında saxladığından, Aİ-nin Ukraynaya hərbi yardım üçün maliyyələşdirməsini müzakirə etməkdən imtina edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczky bildirib.

“Ukrayna Macarıstanın ən böyük bankı OTP-ni “müharibənin beynəlxalq sponsorları” siyahısına salıb. Mən görüşdə izah etdim ki, bu, qəbuledilməzdir. Nə qədər ki, OTP bu siyahıdan çıxarılmayıb, biz Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı danışıqları davam etdirməyəcəyik”, - o bildirib.

Aİ-nin baş diplomatı Josep Borrell görüşdən sonra bildirib ki, Aİ 2024-2027-ci illər üçün Ukraynaya hərbi yardım fondu yaratmağı planlaşdırır və bu fond hər il 5 milyard avro xərcləyə bilər.