Macarıstan Avropa İttifaqının (Aİ) daimi nümayəndələrinin iclasında Rusiya əleyhinə yeni sanksiyalar paketini bloklayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Financial Times xəbər yayıb.

Xəbər görə, Macarıstan Rusiyaya qarşı sanksiyalara və Ukrayna və digər ölkələr üçün silah fondunun ikiqat artırılmasına veto qoyub.

Brüssel pandemiyadan sağalmaq üçün Budapeştə 5,8 milyard avro verməkdən imtina etmişdi. Buna cavab olaraq Macarıstan Rusiya əleyhinə yeni sanksiyalar paketini blokladığı bildirilir.

Qeyd edək ki, bəzi diplomatlar Macarıstanın Aİ-nin yekdillik tələb edən bütün qərarlarına veto qoyacağından qorxduqlarını bildiriblər.

Məhəbbət Məmmədov