"Ukrayna prezidenti Volodimir Zelenski başa düşməyə başladı ki, nizamlanma üçün siyasət yeganə yoldur".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Düşünürəm ki, Ukrayna ilə bağlı 2024-cü ildə həll yolunu tapmaq üçün ən yaxşı şans odur ki, biz onlarla (Kiyev hakimiyyəti ilə - red.) daha sıx əməkdaşlıq edək, onlar bunun yeganə şans olduğunu başa düşsünlər", - Lukaşenko deyib. 

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bu şansdan istifadə etməsə, tam çöküş yaşayacaq.