Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 3-4-də Çinə səfər edəcək və orada Çinin sədri Si Tsinpinlə danışıqlar aparacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BelTA agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Lukaşenko ilə Si Tsinpin arasında Pekində baş tutacaq danışıqların gündəliyinə ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələləri daxil edilib.

Səfər proqramına bir sıra sosial və humanitar tədbirlər də daxildir.