Livan-İsrail sərhədində silahlı hücuma görə məsuliyyəti Saraya əl-Qüds qruplaşmasının (İslami Cihadın silahlı qanadı - red.) üzvləri öz üzərinə götürüblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında bildirilib.

"Əl-Əqsa Tufanı əməliyyatı çərçivəsində Saraya əl-Qüds qüvvələri Livanın cənubundan əməliyyat keçirib və nəticədə 7 İsrail əsgəri yaralanıb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Livandan İsrail ərazisinə daxil olan bir neçə silahlı şəxsin məhv edildiyi barədə məlumat vermişdi.