Livanın mədəniyyət naziri Məhəmməd Murtaza ABŞ istehsalı "Barbie" filminin "əxlaqi və dini" dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbi ilə artıq yayımlanmayacağını açıqlayıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Murtaza yazılı açıqlama verib.

Livanın rəsmi xəbər agentliyi NNA-da dərc olunan açıqlamaya görə, Murtaza ABŞ istehsalı olan filmin Livandakı dini və əxlaqi dəyərlərlə üst-üstə düşmədiyini, homoseksuallığı ön plana çıxardığını, ailə və evlilik dəyərlərinə xələl gətirdiyini vurğulayıb.

Filmin xüsusilə uşaq və gənclərə mənfi təsir göstərə biləcəyi qənaətinə gəlindiyini bildirən Murtaza filmin nümayişinə mane olmaq üçün qəbul olunan müvafiq qərarın Livan Daxili İşlər Nazirliyinə göndərildiyini qeyd edib.