Son 2 il ərzində Litva hərbi infrastrukturun inkişafı üçün xərclərini 20 dəfə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin silah və sursatların alınması üçün xərcləri isə 3 dəfə artıb. Bildirilib ki, Müdafiə Nazirliyi hazırda 200-ə yaxın müxtəlif infrastruktur layihəsi həyata keçirir. Bu il bu məqsədlər üçün 130 milyon avro ayrılıb.

 

Gözəl Həşimova