"Ukrayna NATO-ya üzv olacaq. Sadecə qəbul tarixini təyin etmək lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Litva Prezidenti Gitanas Nauseda məlumat verib.

"Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç bir sual yoxdur. Bununla bağlı şübhələr ötən ilin iyulunda Litvanın paytaxtında keçirilən NATO sammitindən sonra aradan qalxıb. Yeganə sual onun alyansa nə vaxt qəbul ediləcəyidir. Litva NATO-ya gedən yolda Ukraynanı dəstəkləməyə davam edəcək", - deyə o, bildirib.

 

Gözəl Həşimova