Lənkəranda 8 otaqlı evdə yanğın olub.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, Lənkəranın Daştatük kəndində ümumi sahəsi 290 m² (hər mərtəbəsi 145 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 145 m² sahədən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.