Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadənin borc öhdəlikləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Bu barədə İqtisadiyyat.az-a "YAŞAT" Fondundan məlumat verilib.

Bildirilib ki, onun məişət şəraiti yaxşılaşdırılıb.

Həmçinin qeyd edilib ki, Fond tərəfindən dəstək tədbirləri davam edir.